SON DƏQQƏ

naxcivanxeberleri.com

Daha 25 Qazaxıstan vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb

Daha 25 Qazaxıstan vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb
11-06-2020, 10:11

Azərbaycanda qalan daha 25 Qazaxıstan vətəndaşı ölkələrinə yola salınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 25 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan və 1 gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-nin “Merkuri 1 ” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıbdır.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. May və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930