SON DƏQQƏ

naxcivanxeberleri.com

Qazaxıstana uçuşlar bərpa ediləcək

Qazaxıstana uçuşlar bərpa ediləcək
8-06-2020, 13:50

Azərbaycanla Qazaxıstan arasındakı təyyarə uçuşlarının bərpası məsələsinə iyul ayının 1-dən sonra baxılacaq.

NAXCİVANXEBERLERİ.COM “QazAqparat”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda epidemioloji vəziyyətlə bağlı bu ölkə beynəlxalq uçuşlara gətirdiyi məhdudiyyəti iyulun 1-dək uzadıb: "Bununla əlaqədar Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”.

Qeyd edək ki, bundan əvvəl sənaye və infrastruktur inkişafı naziri Beybit Atamqulov Koreya, Çin və Azərbaycana uçuşların bərpasına dair müzakirələrə iyunun 1-dən sonra icazə verildiyini bildirmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930