SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa olunacaq

Azərbaycan ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa olunacaq
8-06-2020, 11:51

Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək.

NAXCİVANXEBERLERİ.COM Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbiylə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930