SON DƏQQƏ

naxcivanxeberleri.com

Federal nazirlik: Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir

Federal nazirlik: Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
5-06-2020, 12:28

Almaniya ATƏT Minsk qrupunun üzvü kimi həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini dəstəkləyir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Almaniya Federal Xarici İşlər Nazirliyindən mənbə Almaniyanın iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrliyi müddətində prioritetləri barədə sualını cavablandırarkən deyib.

Mənbənin sözlərinə görə, Almaniya “Şərq tərəfdaşlığı” regionunda həll olunmamış münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanması işinə sadiqdir:

“Almaniya Azərbaycanla münasibətlərə, xüsusilə də “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, xüsusi əhəmiyyət verir”.

O qeyd edib ki, Almaniyanın sədrliyi müddətində Aİ institutları ilə birgə “Şərq tərəfdaşlığı” ölkələri ilə gənclərin əməkdaşlığı, ətraf mühit və biznesin inkişafı sahələrində bir sıra tədbirlər planlaşdırılıb.

Mənbə əlavə edib ki, Almaniya həm də COVID-19 pandemiyasının fəsadlarının aradan qaldırılmasında “Şərq tərəfdaşlığı” ölkələrinə kömək göstərilməsi məsələsinə xüsusi diqqət ayıracaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930