SON DƏQİQƏ

naxcivanxeberleri.com

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
12-12-2018, 21:07

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən , görüşdə Azərbaycan ilə Braziliya arasındakı ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930