SON DƏQQƏ

naxcivanxeberleri.com

"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək

"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək
3-06-2020, 17:30

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel bu gün "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinə məktub göndərib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məktubda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə uzunmüddətli əməkdaşlıq planlarından söhbət açılır.

Belə ki, 2020-ci ildən sonrakı siyasətdə iqtisadiyyat və rabitə, təsisatların hesabat vermələri, qanunun aliliyi və təhlükəsizlik, “yaşıl” və rəqəmli islahatlar, ədalətli inklüziv toplum kimi beş uzunmüddətli hədəfin qarşıya qoyulduğu qeyd edilərək həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə üçün səhiyyə əməkdaşlığını artırmaq təklifinin də vaxtında verildiyi qeyd edilir.

Bununla yanaşı, hazırkı koronavirus pandemiyası ilə əlaqədar "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyun ayının 11-də xarici işlər nazirləri, 18-də isə ölkə başçıları səvyyəsindəki görüşlərin videokonfrans şəklində keçiriləcəyi bildirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930