SON DƏQQƏ

naxcivanxeberleri.com

OPEC+ iclasının vaxtının dəyişdirilməsinə dair qərar bu gün verilə bilər

OPEC+ iclasının vaxtının dəyişdirilməsinə dair qərar bu gün verilə bilər
2-06-2020, 13:50

OPEC+ iclasının iyun ayının 10-dan 4-nə keçirilməsinə qarşı çıxan olmadığı üçün bununla bağlı qərar elə bu gün verilə bilər.

NAXCİVANXEBERLERİ.COM  “TASS”a istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin fikrincə, bu təşkilatın üzv ölkələri neft hasilatını bu aydan sonrakı dövrdə də azaltmaqla bağlı razılığa gəlməlidir. Belə ki, ilkin olaraq Yaxın Şərq ölkələri hasilatın may – iyun ayları üçün razılaşdırılmış maksimum ixtisarını ilin sonunadək uzatmağı təklif etsələr də, Rusiya bununla razılaşmayıb və hazırda həmin müddətin üç ay uzatmaq variantı daha çox gündəmə gətirilir.

Başqa bir mənbənin dediyinə görə, iclasın vaxtını dəyişdirməklə bağlı son qərar hasilatla bağlı razılaşmanın may ayında icrasına dair yekunlar bəlli olandan sonra verilməlidir. 

Digər mənbənin fikrincə isə həmin yekunlar artıq bu gün bəlli olacağı üçün görüş vaxtı da bu gün dəyişdiriləcək.

Xatırladaq ki, aprelin 12-dəOPEC+ iştirakçıları hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılmasına razılıq verib. OPEC+ ölkələri iyunun 9-10-da videokonfrans rejimində bazardakı vəziyyəti və sazişin ilk nəticələrini müzakirə etməyi nəzərdə tuturdu.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930