SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışıb

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışıb
31-05-2020, 20:31

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini qeyd edib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də Azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd edib və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Əfqanıstanlı nazir habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031