SON DƏQQƏ

naxcivanxeberleri.com

Fransa senatoru Prezident İlham Əliyevə təşəkkür edib

Fransa senatoru Prezident İlham Əliyevə təşəkkür edib
30-05-2020, 13:30

Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məktubda deyilir:

Cənab Prezident. Artıq iyirmi ildən çoxdur bir-birimizi tanıyırıq və münasibətlərimizin səviyyəsini hər zaman yüksək qiymətləndirmişəm. Yaşadığımız bu böhranlı dövrdə müəyyən etdim ki, Bakıda keçirilən humanitar forumlarda səslənən sözlər və çıxışlar kağız üzərində qalmır. Əməllə sözlərin üst-üstə düşdüyünü gördüm.

Sizin qayğınız və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sayəsində departamentimiz minlərlə maska, 210 test və qoruyucu geyimlərdən faydalanmışdır.

Buna görə şəxsən Sizə səmimi qəlbdən və rəğbət hissi ilə təşəkkür etmək istərdim. Tezliklə görüşəcəyimizə, daha səmərəli beynəlxalq əməkdaşlıq və ortaq humanizm maraqları naminə bütün bu mövzuları müzakirə edə biləcəyimizə ümid edirəm.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031