SON DƏQİQƏ

naxcivanxeberleri.com

ATƏT PA-nın sədri: "Azərbaycanı dəstəkləyirik"

ATƏT PA-nın sədri: "Azərbaycanı dəstəkləyirik"
29-05-2020, 22:15

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident,

Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimlə bərabər, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq istəyirəm.

Ölkəniz müstəqilliyini bərpa etdikdən sonra ATƏT ilə Azərbaycan qarşılıqlı olaraq faydalı əməkdaşlıqdan yararlanmışdır. Biz Azərbaycanı təhlükəsizliyin hər üç meyarı üzrə öhdəliklərinin icrasında qətiyyətlə dəstəkləyir, eyni zamanda, ölkənizin töhfələrini, xüsusilə də Xəzər dənizi regionunda təhlükəsizlik və iqtisadi inkişaf baxımından əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində son layihələri alqışlayırıq.

ATƏT regionundakı ölkələrin hökumətləri və parlamentləri misli görünməyən COVID-19 pandemiyası ilə mübarizə apararkən ATƏT-in Parlament Assambleyası qarşılıqlı yardımlaşma və koordinasiyanı, həmçinin ölkələrin gələcəkdə yüksək hazırlıq, müqavimət və çevik reaksiya imkanlarını gücləndirmək məqsədilə məlumat və təcrübə mübadiləsini təşviq etməkdə davam edir.

Millət vəkillərinizin onlayn tədbirlərimizdə fəal iştirakını qeyd edərək, xalqlarımızı davam edən böyük təhlükələrdən qorumaq, vətəndaşlarımızın fundamental hüquqlarını müdafiə etmək və iqtisadiyyatımızın uzunmüddətli inkişafını dəstəkləmək üçün Sizinlə və Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti ilə sıx işləməyə davam etmək əzmindəyəm.

İcazə verin, fürsətdən istifadə edərək, bütün dünya müsəlmanlarının müqəddəs Ramazan bayramını qeyd etdiyi bu günlərdə Sizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzularımı çatdırım".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031