SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya OPEC+ sazişinin sərtləşdirilməsinə tərəfdar ola bilər

Rusiya OPEC+ sazişinin sərtləşdirilməsinə tərəfdar ola bilər
27-05-2020, 15:00

Rusiya neft hasilatının həcminin azaldılmasına dair OPEC+ sazişinin şərtlərinin sərtləşdirilməsi variantını nəzərdən keçirir və gələn ay keçiriləcək iclasda belə bir təkliflə çıxış edə bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən yazıb. 

İyuldan etibarən OPEC+ çərçivəsində neft hasilatının gündəlik həcminin 9,7 milyon bareldən 8 milyon barelə düşəcəyi güman edilirdi. Bununla yanaşı, Rusiya mövcud kvotaların qüvvədə olma müddətinin daha 2 ay, yəni bu ilin sentyabr ayına qədər uzadılmasını istəyə bilər.

Cari göstəricilərin qorunması mövzusunun ölkənin energetika naziri Aleksandr Novakın mayın 26-da ölkənin neft şirkətlərinin rəhbərləri ilə görüşündə müzakirə edildiyi bildirilir. Məlumata görə, mövcud kvotaların uzadılması məsələsində şirkətlər arasında fikir ayrılığı var. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031