SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanın 2008-ci ildən sonra ən böyük iqtisadi geriləməsi olacaq

Ermənistanın 2008-ci ildən sonra ən böyük iqtisadi geriləməsi olacaq
26-05-2020, 05:21

Ermənistan Statistika Komitəsi 2020-ci ilin birinci rübünün Ümumi Daxili Məhsulunun (ÜDM) ilkin məlumatlarını açıqlayıb və bu məlumatlar Ermənistanda ciddi şəkildə narahatlığa səbəb olub. 

 

NAXCİVANXEBERLERİ.COM Ordu.az-a istinadla xəbər verir ki, Daşnaksütun Bürosunun iqtisadi araşdırmalar ofisinin cavabdehi, iqtisadçı Suren Parsyan bildirib ki, 2020-ci il bütün ölkələr üçün böhran ili olacaq və Ermənistan hakimiyyətinin Ermənistanın böhranın imkanlarından yararlana biləcəyi ilə bağlı nəzəri iddiaları boşa çıxır. 

“Birmənalı şəkildə proqnozlaşdırmaq olar ki, 2020-ci ildə Ermənistanın 2008-ci ildən bəri ən böyük iqtisadi geriləməsi olacaq və Ermənistanın hazırkı hakimiyyəti, ilk növbədə iqtisadi blokun nümayəndələri bu iqtisadi geriləmənin bütün siyasi məsuliyyətini daşıyacaq. 

Ən vacibi odur ki, Ermənistan hökuməti bu vəziyyətdə Ermənistan ictimaiyyətinə düzgün siqnallar, obyektiv və sistemli informasiya çatdırmalıdır”, - deyə o qeyd edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930