SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb

Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb
19-02-2019, 10:06

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, toplantıda Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov, İran, Qazaxıstan, Rusiya və Türkmənistan təmsilçiləri iştirak edirlər.

İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının beşinci zirvə toplantısının nəticələrinə dair müzakirələr aparılır.

Qeyd ed\k ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930