SON DƏQQƏ

naxcivanxeberleri.com

Aventura şəhərində Respublika Günü elan olundu

Aventura şəhərində Respublika Günü elan olundu
24-05-2020, 09:45

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, mer Veysman Bəyannamədə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirir və başqalarını humanizm və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

E.Veysman 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930