SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib
22-05-2020, 15:37

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930