SON DƏQQƏ

naxcivanxeberleri.com

"Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşündə Aİ liderlərinin iştirakı təklif olunub

"Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşündə Aİ liderlərinin iştirakı təklif olunub
15-05-2020, 15:22

İsveç və Polşa hökumətləri Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin gələn aya nəzərdə tutulan Zirvə görüşündə təşkilata üzv dövlətlərin liderlərinin də iştirakı zəruri sayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Azad Avropa – Azadlıq” radiosunun (RFERL) Brüssel müxbiri Rikard Cozviak “Twitter” səhifəsində yazıb:

"Polşa və İsveç bu gün Aİ Xarici İşlər Şurasında Şərq Tərəfdaşlığının videokonfrans şəklində qarşıdakı zirvə görüşü barədə məsələ qaldıracaq. Hər iki ölkə orada yalnız Aİ təsisatları liderlərinin iştirak etməsi, üzv dövlətlərin liderlərinin iştirak etməməsi təklifinə qarşı çıxır. Polşa bəyannamə verilməsini də istəyir”.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidentiCozep Borel də koronavirus pandemiyasına baxmayaraq, "Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşünün iyun ayında keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqı tərəfindən 2009-cu ildə qəbul edilmiş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930