SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Belaruslu həmkarı ilə telefonla danışıb

Elmar Məmmədyarov Belaruslu həmkarı ilə telefonla danışıb
13-05-2020, 18:47

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hazırki qlobal vəziyyətə toxunan nazirlər, COVİD-19 qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq ticarət və iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Həmçinin nəqliyyat, loqistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunuldu.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində, BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə etdi.

Müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin gələcək gündəliyi müzakirə olundu. COVİD-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra təmasların gələcəkdə davam etdirilməsinə dair razılıq ifadə olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930