SON DƏQQƏ

naxcivanxeberleri.com

Parlamentin komitə iclası keçirilib

Parlamentin komitə iclası keçirilib
12-05-2020, 12:21

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iclasda çıxış edən komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanından irəli gələn məsələlərlə əlaqədar hazırlanıb. Həmin fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır.

“Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Onlayn iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev və İsa Həbibbəyliqanun layihəsinin qəbulunun vacibliyindən danışıblar.

İclasda komitə üzləri Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli və Fatma Yıldırım iştirak ediblər.

İclasın sonunda gündəlikdəki məsələ yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930