SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropa Şurası “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı siyasətinə dair qərarı təsdiqlədi

Avropa Şurası “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı siyasətinə dair qərarı təsdiqlədi
12-05-2020, 10:14

Avropa Şurası “Şərq Tərəfdaşlığı” proqramının strateji əhəmiyyətini və ümumi demokratiya, rifah və sabitlik üçün ümumi məkan qurmaq üçün birgə sadiqliyi təsdiq edərək proqramın 2020-ci ildən sonrakı siyasətinə dair nəticələri təsdiq edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Avropa Şurasının məlumatında deyilir.

Şura “Şərq Tərəfdaşlığı”nın bu günə qədər əldə etdiyi mühüm uğurları alqışlayır və proqrama qoşulan ölkələri islahatları davam etdirməyə və bu istiqamətdə səyləri artırmağa təşviq edən vasitə kimi stimul və şərtlərə əsaslanan yanaşmasını təsdiqləyir.

Şura mövcud siyasi çərçivənin, o cümlədən “2020-ci il üçün 20 nəticə”nin etibarlı olduğunu və insanlar üçün yaxşı nəticələr və fayda gətirdiyini təsdiqləyir.

Avropa Şurası gələcək “Şərq Tərəfdaşlığı”nın daha strateji, iddialı, çevik və əhatəli əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini vurğulayır, proqramın iştirakçılara geniş sahələrdə ümumi və qlobal problemləri, xüsusən də COVID-19 pandemiyasının yaratdığı indiki görünməmiş vəziyyətdə yaranmış problemləri birgə həll etməyə imkan verdiyini qeyd edir.

“Avropa Şurası 2017-ci ildə keçirilmiş son sammitdən bəri əldə edilən nəticələrin nəzərdən keçirilə, uzunmüddətli siyasət məqsədlərinin təsdiqlənə və əməkdaşlığı daha da gücləndirmək və dərinləşdirmək yollarının göstərilə və 2020-ci ildən sonrakı nəsil üçün nəticələr əldə edilməsi üzrə hazırlıq işləri aparmaq üçün mandat verilə biləcəyi növbəti “Şərq Tərəfdaşlığı” sammitini gözləyir”, - məlumatda deyilir.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqı tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930