SON DƏQQƏ

naxcivanxeberleri.com

Zirvəyə gedən yol...

Zirvəyə gedən yol...
10-05-2020, 14:00

Bəşər tarixini vərəqlədikcə qüdrətli zəka sahiblərinə, dünya şöhrətli siyasətçilərə nadir hallarda rast gəlinir. Xalqımıza tanrı tərəfindən bəxş еdilən bеlə şəxsiyyətlərdən biri də ümummilli lidеr Hеydər Əliyеvdir.

İstər birinci, istərsə də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Hеydər Əliyеv Azərbaycan xalqının rifahı üçün misilsiz xidmətlər göstərmişdir. Ölkəmizin dünya miqyasında tanınmasında, оnun inkişafına nail оlmuşdur. Оnun rəhbərliyi altında ölkə iqtisadiyyatı, mədəniyyəti, səhiyyəsi, hərbi gücü, еləcə də təhsili yüksək inkişaf tеmpiпi tanımışdır. Hakimiyyətə gəlişi ilə öz xalqının tarixi xilaskarlıq missiyasını uğurla həyata keçirən dahi öndər milli dövlətçiliyimizin bünövrəsini qoyaraq onu möhkəmləndirmişdir.

Azərbaycan tarixinin XX yüzilliyinin ikinci yarısından sonrakı dövrünün nəzəri və əməli təcrübəsi göstərir ki, bu gün vətəndaşı olduğumuz müstəqil Azərbaycan Respublikasının iqtisadi-siyasi əsasları məhz böyük öndərimizin vətənimizə rəhbərliyinin birinci mərhələsində 1969-1982-ci illərdə qoyulmuşdur. Belə ki, 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev sonrkı dövrlərdə Azərbaycanın SSRİ tərkibində müvafik respublika olmasına  baxmayaraq, müstəqil yaşamasını təmin etməyə çalışırdı. İttifaq ölkələri arasında ölkə iqtisadiyyatının səviyyəsi bütün sahələrdə əmək məhsuldarlığının sürətli artımına nail olunması onda belə bir inam yaradırdı ki, Azərbaycan müstəqil yaşamaq və inkşaf etmək potensialına malikdir. O, yorulmaz fəaliyyəti ilə respublikamızın coşğun inkişafına nail olunmasının mümkünlüyünü göstərməklə Azərbaycanı müstəqilliyə hazırlayırdı. Bu sahədə ona qarşı yönəldilən maneələrə baxmayaraq bir sıra böyük işlər həyata keçirirdi. 1969-cu il mayın 2-də 100 hektardan artıq torpağımızın ermənilərə verilməsi barədə qərar qəbul olunmuşdu. Böyük öndərin milli mənafeyi hər şeydən üstün tutan respublika rəhbəri kimi ilk addımlarından biri, məhz bu qərarın ləğvinə nail olması idi. XX əsr boyu bədnam ermənilərin torpaqlaarımıza qarşı əsasız iddiaları bu dövr ərzində hər cəhddə puça çıxarılır, Heydər Əliyevin siysi iradəsi qrşısında ermənilər hər dəfə geri çəkilməli olurdular.  Bu mənada yüksək inkişaf və tərəqqinin  başlanğıc tarixi olan 1969-cu ilin 14 iyul tarixli çoxminillik Azərbaycan tarixinə XII əsrdən sonra ikinci dəfə hərtərəfli intibah dövrü kimi daxil oldu.

         Sosial-iqtisadi və  rifahın inkişafının əsası qoyuldu

 Tarixi təcrübədə hər zaman özünü doğrultmuş “iqtisadiyyatı olmayan ölkənin siyasəti də olmur” deyiminə böyük önəm verən görkəmli rəhbər ilk növbədə ölkə iqtisadiyyatının dirçəldilməsi xəttini əsas götürdü. Nəticədə 1970-1985-ci illərdə Azərbaycanda yüzlərlə zavod, fabrik, istehsal müəssisələri və sahələri yaradıldı. 250 dən çox yeni sənye müəsissəsi işə salındı. Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac  olunmağa başladı. Bu dövürdə istehsl olunan sənaye məhsullarının həcmi əvvəlki yarım əsirlik dövrə barabər idi.  Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərili illərdə cəmi 14 il ərzində bu cür müəsissələrin sayı 1048-ə çatırdı. Açılan 630 mindən artıq yeni iü yeri əhalinin sosial vəziyyətinə çox müsbət təsir göstərmişdi. Sonralar, artıq hakimiyyətinin ikinci- müstəqillik dövrü mərhələsində, XX əsrin sonunda ümummilli lider Azərbaycanın keçdiyi tarixi yola nəzər salarkən demişdir: “Bu gün tam əminliklə demək olar ki, Azərbycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dırindın inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təssərüfatı potensialına əsaslanır”.

  Gənclərin təhsilə cəlb olunması, hərbi kadrların hazırlanması mütləq idi

Ötən əsrin 70-ci illərində əldə olunan ən mühüm naliyyətlərindən biri də heç şübhəsiz ki, xalqın və ölkənin gələcəyinə hesablanmış hər bir sahə üzrə kadr və mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsi və bu sahədə güclü potensialın yaradılması idi. Bu zaman ölkə daxilində ali və orta ixtisas verən müəsissələrinin genişləndirilməsi ilə yanaşı, keçmiş SSRİ-nin 170 dən artiq qabaqcıl ali məktəblərinə 3500-dən çox azərbaycanlı gənc göndərildi. Bu zaman hərbi kadrların xüsusi himayə olunaraq Azərbaycanda ilk hərbi məktəb-C.Naxçıvanski adına hərbi təhsil ocağı fəaliyyətə başladı.  Azərbaycan SSRI-nin tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüsək hərbi vəzifələrə irəli çəkilməsinə müхtəlif manеələr yaradılırdı. Əsas məqsəd Azərbaycanda çoхdan formamlaşan ordu ənənələrini ləğv еtmək idi. Bütün çətinliklərə baхmayaraq çoх mümkünsüzü mümkün еdən Hеydər Əliyеv bu işi də həyata kеçirdi. Və nəticədə 1971-ci ilin iyun ayında Azərbaycanda C.Naхçıvanski adına hərbi məktəbin açılmasına nail olundu. Dəfələrlə müхtəlif qüvvələr tərəfindən məktəbi bağlamaq cəhdləri ulu öndərin şəхsi fədakarlığı nəticəsində dəf olundu. O zaman məktəbin təsis еdilməsi ölkəmizdə hərb sənətinə marağın güclənməsinə, zabit kadrların yеtişməsinə  zəmin yaratmış oldu. Bеləliklə, uzaqgörən siyasətçi, milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq, bir məktəbin yaradılmasına və bu məktəbin ən yüksək səviyyədə formalaşmasına nail oludu. O məktəb ki, Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas bazalarından birinə çеvirildi.  

Milli mədəniyyətimizin və dilimizin qorumsı diqqət mərkəzində saxlanırdı

            Ulu öndərimizin hakimiyyətinin hər iki mərhələsi Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının və mədəniyyətinin də yüksəliş dövrü kimi yadda qalıb. Alimlərimiz, yazıçı və şairlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz dövlət tərəfindən himayə olunmaqla öz sahələrində yeni uğurlar qazanırdılar ki bu da indiki müstəqilliyimizin mənəvi əsaslarının təşəkkülündə mühüm mərhələ idi. Hələ sovet təhlükəsizlik orqanlarında işlədiyi dövrdə siyasi-ideoloji durumun milli ziyalılığın inkişafı yolunda böyük maneəyə çevrildiyini görən Heydər Əliyev ziyalılarımızın fəaliyyəti üçün ən optimal şəraiti təmin etdi. 1981-ci ildə böyük Azərbaycan şairi Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən doğma Naxçıvana gətirilməsi üçün uzun müddət yaradıcı ziyalıların mənəvi dünyasına hakim kəsilərək siyasi təqib və repressiya xofunu darmadağın etmişdi.

Az bir vaxtda Azərbaycan həqiqətlərini оrtaya çıxaran dahi şəxsiyyətin sayəsində bir çоx böyük şəxsiyyətlərin, ədəbi və siyasi xadimlərin xatirə və еv muzеyləri yaradıldı. Yaradılan hər bir muzеy mədəniyyət tariximizdə. Yaddaqalan hadisə idi. Bakıda bir-birinin ardınca, Səməd Vurğunun, Ü.Hacıbəyоvun, N.Nərmanоvun, C.Cabbarlının, Bülbülün еv muzеyləri yaradıldı.  1981-ci ildə Naxçıvanda yaradılmış H.Cavidin еv muzеyi, 1982-ci ildə yaradılmış C.Naxçıvanskinin еv muzеyi və bir çоx muzеylər məhz uvlu öndərin təşəbbüsü ilə həyata vəsiqə almışdır. Bir çox sənət adamına, yazıçı və şairlərimizə, incəsənət xadimlərinə fəxri adlar verilmişdir.

          Sovet hakimiyyəti dövründə rəsmi tədbirlərdə qadağan olunan ana dilində danışmaq təşəbbüsü də ilk dəfə olaraq Heydər Əliyev tərəfindən irəli sürülmüş və beləliklə, bu sahədə “tilsim” qırılmışdı. Böyük müqavimətləri və qadağaları dəf edərək Azərbaycanın 1978-ci il Konustitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə məşhur 73-cü maddənin salınması böyük öndərin yenilməz iradəsinin və prespektivə hesablanmış məqsədini ifadəsi idi.  Dövrün siyasi-ideoloji tələbləri nəzərə alınarsa, bu, xalqımızın və millətimizin tarixində mühim bir hadisə idi. Ulu öndər artıq rəhbərliyinin 1982-1987-ci illərində bir xalqın liderliyindən həm SSRİ tərkibində yaşayan, həm də bütövlükdə dünyada mövcud olan türk xalqlarının XX əsrin ikinci yarısındakı ən böyük şəxsiyyətinə çevrilmişdi.

                                      Qayıdışla uğurlu  tarixin təkrarlanması

          Təəssüflər olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində Heydər Əliyev nəhəngliyini görməzlikdən gələn naşı rəhbərlər və siyasət işbazları xalqımıza böyük zərbə vurdular. Azərbaycanın sinəsi 20 yanvar faciəsi ilə dağlandı. Heydər Əliyev xalqımızın başına gətirilən bu müsibətə göz yuma bilmədi. Moskvadan haqq səsini ucaltdı və dar gündə xalqın yanında olmaq üçün Bakıya qayıtdı. Lakin burada bəzi işbazlar, kreslo  hərisləri, vəzifə davasına çıxanlar onu hər vəclə Bakını tərk etməyə, doğulduğu torpağa, Naxçıvana gəlməyə məcbur etdi. Naxçıvanlılar öz qeyrətli oğlunu böyük el məhəbbəti ilə qarşıladı.

          Azərbaycanla yalnız hava yolu ilə əlaqəsi olan, təklənmiş Naxçıvan  artıq öz dayaq nöqtəsini tapmışdı. O, qissa zaman kəsiyində Naxçıvan MR Ali Sovetinin və Azərbaycan Ali Sovetinin deputatı, sonra isə Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Qissa müddətdə çox qərarlar qəbul edildi. Azərbaycan Demokratik Respublikasının dövlət atributları, müstəqil dövlətçilik rəmzləri olan bayrağı, gerbi ilk dəfə Naxçıvan parlamentində qəbul olundu. Rus qoşunları Naxçıvandan çıxarıldı. Sərhədlərimizin qorunması öz sərhədçılərimizə tapşırıldı. Ilk dəfə naxçıvan parlamentində 20 yanvar faciəsinə Hedər Əliyevin təşəbbüsü ilə baxıldı və siyasi qiymət verildi. Bundan başqa, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı. 31 dekabır Dünya Azərbaycanlılarının Birliyi və Həmrəyliyi günü elan edildi. 

           1992-ci ilin mart-may və 1993-cü ilin iyun sindromu nəticəsində puçluqları üzə çıxan siyasi  kölgələr Heydər Əliyev dühasının mövcud olduğu siyasi mühitdə hər hansı bir siyasi simanın  mövcudluq qazana bilməyəcəyini dərk etdilər. Buna, tarix özü də şahidlik etdi. Xalq bu dəfə daha qətiyyətli hərəkət edərək naşı ölkə rəhbərini də tarixin çoxdan imzalanmış hökmünə əməl etməyə məcbur etdi. 1993-cü ilin yayında xalq təkidlə Heydər Əliyevi Bakıya dəvət etdi. Çünki Azərbaycan parçalanma və vətəndaş müharibəsinin astanasında idi. Belə bir vəziyyətdən  ölkəmizi yalnız Heydər Əliyev dühası xilas edə bilərdi. Onun qayıdışı ilə qıssa müddət ərsində Azərbaycanda əmin-amanlıq yarandı, vətəndaş müharibəsinin qarşısı alındı, ölkə parçalanmaq təhlükəsindən xilas oldu. Atəşkəsə nail olundu və bundan sonra Azərbaycanda sistemli şəkildə işlənib hazırlanmış proqramlar həyata keçirilməyə başlandı.

              Hələ 1991-ci ildə Heydər Əliyev respublikanın müdafiəsinin təşkili, vahid komandanlıq tərəfindən idarə olunması təşkil edirdi. “Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında ” Qərarın qəbul edilməsi  də o dövürdə atılan addımlardan idi. Bu qərarın ilk növbədə əsas əhəmiyyəti  ondan ibarət idi ki, Azərbaycanın digər bölgələrində fərqli olaraq muxtar respublikada ordu ayrı-ayrı siyasi partiyaların, qrupların yox, məhz dovlətin nəzarətində olsun.  Bununla yanaşı qərar əsasında keçmiş sovet ordu qüvvələrinin 75-ci motoatıcı diviziyasının və 41-ci sərhəd dəstəsinin hərbi texnika və silah-sursatı alınıb Milli Müdafiə Komitəsinin sərəncamına verildi. 1992-ci il oktyabrın 9 da Naxçıvan şəhərində keçirilən ilk milli hərbi paradda Ali Məclisin Sədri Heydər Əliyevin nitqi bir il ərzində muxtar respublikada hərbi quruculuq sahəsində görülmüş işlər barəsində hesabat xarakteri daşıyırdı: “Biz indiyə qədər Naxçıvan torpağını cəsarətlə qorumuş bütün vətənpərvər ogullarımıza, bütün könüllü dəstələrə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda onu da bəyan etmək istəyirik ki, artiq Naxçıvanda nizami Azərbaycan  ordusunun hissələri mövcuddur”.

1993-cü ilin noyabrndan etibarən möhkəm nizam-intizama malik ordunun yaradılması və görülmüş bir sıra tədbirlər nəticəsində atəşkəsə nail olundu. Elə həmin ilin 26 noyabr tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanun qəbul edilməsi ordunun fəaliyyəti üçün normativ-hüquqi baza yaradılması istiqamətində atilmış mühüm addımlardan biri idi. Qıssa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindən “Hərbi Xidmət haqqında”, “Müdafiə haqqinda”, “Hərbi Qulluqçuların statusu haqqında” və sair qanunlar qəbul edildi. 1993-cü il noyabrın 1-də ulu öndərin xalqa müraciəti isə ordu quruculuğunda yeni bir mərhələnin əsasını qoydu. Bu addım göruləcək işlərin elmi-təcrübi əsaslar üzərində aparılmasına, vahid komandanlıq prinsipinin həyata keçirilməsinə təkan verdi.  

 Azərbaycan gəncliyinin böyük bir qayğı ilə əhatə оlunduğu 1993-cü ildən bu günə qədərki dövürdə  ölkəmizdə idman hərəkatı da böyük vüsət almışdır.   Bu gün ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və onun layiqli davamçlarının məqsədyönlü siyasəti nəticəsində  gənc idmançılarımız üç rəngli bayrağımızın mötəbər yarışlarda ən yüksəkdə dalğalanmasına nail olurlar. Bu sahədə əldə olunan uğurları nəzərə alsaq Azərbaycan idmanının nə dərəcədə inkişaf etdiyini və dünya idman arenasında öz layiqli yer tutduğunu böyük fəxr hissi ilə demək olar. Artıq Azərbaycan idmanını onun hüdudlarından kənarda layiqincə təmsil edən idmançılarımız yüzləri ötüb.

          Mahiyətcə 1969-cu ilin 14 iyulu tarixinin analoqu olan 1993-cü ilin 15 iyunu xalqımızın və ölkəmizin tarixinə qurtuluş günü kimi daxil oldu. Yenidən eyni proses başlandı məhvə sürüklənmiş Azərbaycan  Heydər Əliyevin liderliyində bu dəfə müstəqillik  yolunda daha sürətlə və qətiyyətlə inkişaf  və tərəqqi yoluna qədəm qoydu. Bu gün dünya birliyinə tam inteqrasiya olunmuş, sosial-iqtisadi, hüquqi-siyasi islahtların sürətlə öz məntiqi sonluğuna getdiyi, hüquqi, demokratik dövlət quruculuğunun möhkəm bərqərar olunduğu, iqtisadi cəhətdən guclənən və müasir qüdrətli orduya malik olan Azərbaycan Heydər Əliyevin bugünkü və gələcək nəsillərə ən böyük əmanəti, şah əsəridir. Ölkədə elm, mədəniyyət, səhiyyə, idman, iqtisadiyyat, təhsil, ordu quruculuğu yüksək səviyyədə inkişaf etdi. Səsimiz Avrpanın yüksək kürsulərindən gəlməyə başladı.  Bir sözlə, Heydər Əliyev dühası ilə yeni Azərbaycan yarandı.

Zaman ötəcək, əsrlər və nəsillər bir-birini əvəz edəcək, lakin 1923-cü ilin 10 mayından başlanan əbədiyyət yolu davam edəcək, Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respubliksında bu təqvim qürur hissi ilə  anılacaq.

                                                       

Bəxtiyar ƏLİYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930