SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub

Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub
9-05-2020, 16:03

Bu ilin 9 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.

İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930