SON DƏQQƏ

naxcivanxeberleri.com

Malayziya mətbuatı Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündən yazdı

Malayziya mətbuatı Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündən yazdı
6-05-2020, 10:00

Malayziyanın çoxsaylı aparıcı mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının (QH) Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünü geniş şəkildə işıqlandırıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycanın Malayziyadakı Səfirliyindən  verilən məlumata görə, bu səpkidə, Malayziyanın rəsmi informasiya agentliyi BERNAMA ilə yanaşı, ölkənin çoxtirajlı nüfuzlu qəzetlərindən “New Straits Times”, “The Star”, “Malay Mail”, “Free Malaysia Today” və “The Malaya Post” kimi nəşrlər Zirvə görüşü barədə geniş xəbər materialları dərc edərək, Malayziya ictimaiyyətini məlumatlandırıblar.

Malayziya KİV-ləri Zirvə görüşünün “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilməsinə xüsusi diqqət çəkiblər. Eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinad edərək, bu tədbirin dünyada Sülh Naminə Çoxtərəflilik və Diplomatiya Beynəlxalq Gününün qeyd olunduğu dövrə təsadüf etməsini əlamətdar hadisə kimi vurğulayıblar.

Qeyd edək ki, QH üzvü olan Malayziyanın Baş Naziri Muhyiddin Yasin də sözügedən Zirvə görüşünə qoşulmuş, bəyanatla çıxış edərək, təmsil etdiyi ölkənin COVID-19 virusu ilə mübarizə təcrübələrini bölüşmüşdür. Malayziya KİV-ləri bildiriblər ki, Baş Nazir M.Yasin öz çıxışında qlobal pandemiya qarşısında beynəlxalq müştərək dəyərləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb. Zirvə görüşü barədə Malayziyanın Nazirlər Kabineti də öz internet səhifəsində ölkə ictimaiyyətinə geniş məlumat toplusu təqdim edib.

Materiallar ingilis və Malay dillərində nəşr olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930