SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Özbəkistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Özbəkistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
5-05-2020, 16:42

Cari ilin 5 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Bahrom Aşrafxanovu qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Bahrom Aşrafxanov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Bahrom Aşrafxanovu səfir təyin olunması münasibətilə təbrik etdi və qardaş Özbəkistan səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə etdilər. Ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olundu.

Mövcud pandemiya ilə mübarizə kontekstində ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlığın zəruriliyi vurğulayan tərəflər, ümumdünya sağlamlıq böhranından sonrakı dövrdə ikitərəfli əməkdaşlıq gündəliyində duran tədbirlərin həyata keçirilməsi üzrə fikri mübadiləsi apardılar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930