SON DƏQQƏ

naxcivanxeberleri.com

Parlamentin Səhiyyə komitəsinin iclası keçirilib

Parlamentin Səhiyyə komitəsinin iclası keçirilib
4-05-2020, 12:19

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Komitənin sədri Əhliman Əmiraslanoviclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

İclasda əvvəlcə “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Daha sonra isə “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Gündəlikdəki məsələlərlə bağlı komitə üzvləri qanun layihələri ilə bağlı rəylərini bildiriblər. Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930