SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15-02-2019, 14:23

Milli Məclis “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsini müzakirəyə çıxarır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Qanun layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30