SON DƏQQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarovun Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini ilə onlayn görüşü olub

Elmar Məmmədyarovun Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini ilə onlayn görüşü olub
1-05-2020, 19:24

Xarici İşlər naziri Elmar Məmmədyarovun Böyük Britaniya Xarici İşlər Nazirliyində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini (Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini) Vendi Morton ilə onlayn görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşün əvvəlində Nazir E.Məmmədyarov V.Mortonu yeni təyinatı münasibətilə təbrik etdi.

Sonra tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər.

Hazırki qlobal vəziyyətə toxunan tərəflər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi apardılar.

Həmçinin, Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırki mərhələsi ilə bağlı həmsöhbətini maraqlandıran sualları cavablandırdı.

V.Morton, öz növbəsində ölkəsinin münaqişə ilə bağlı mövqeyinin bəlli olduğunu bildirdi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha qeyd etdi.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, bu xüsusda enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930