SON DƏQQƏ

naxcivanxeberleri.com

Hesablama Palatası Milli Məclisdə hesabat verib

Hesablama Palatası Milli Məclisdə hesabat verib
1-05-2020, 12:30

2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu bu gün qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

V. Gülməmmədov bildirib ki, 2019-cu ildə Hesablama Palatası 21,3 milyon manat vəsaitin bərpasını təmin edib: “Həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondlarına, 335min manatı isə dövlət qurumlarının hesablarına bərpa olunub”.

V. Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub. Bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.

O vurğulayıb ki, 2019-cu ildə Hesablama Palatası 5 nəzarət tədbiri üzrə müəyyən etdiyi qanun pozuntularına dair materialları prokurorluq orqanlarına təqdim edib: “Bunlar əsasən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması hallarıdır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930