19:15 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb - YENİLƏNİB
19:10 - Allahşükür Paşazadə Bakıda Ramzan Kadırovun oğlu ilə görüşüb-FOTO
19:05 - İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib
19:00 - Tağıyevlər ailəsinə baş çəkilib-FOTO
18:50 - Pərviz Şahbazov: "İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər"
18:40 - Rusiya XİN: “Bakı və İrəvan bir-birilə razılığa gələ bilər”
18:35 - Bu gün meşə fondu torpaqlarında 18 mindən çox ağac əkilib
18:30 - Naxçıvanda qanunsuz qum daşınmasının qarşısı alınıb
18:25 - Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”
18:15 - ABŞ dövlət katibi Brüsselə səfər edəcək
18:05 - AMB: "Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir"
18:00 - Ordubad rayonunda “Açıq qapı” günü keçirilib-FOTO
17:55 - Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub
Xarici işlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə telefon söhbəti baş tutub.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Tərəflər, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.