SON DƏQQƏ

naxcivanxeberleri.com

Türk Şurası çərçivəsində zəruri malların tranzitində “yaşıl dəhlizlər”in effektivliyi artırılacaq

Türk Şurası çərçivəsində zəruri malların tranzitində “yaşıl dəhlizlər”in effektivliyi artırılacaq
30-04-2020, 18:21

Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.

Videokonfransda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin Dövlət katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarıstanın İnnovasiyalar və Texnologiya Nazirliyinin Nəqliyyat Siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

R.Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən videokonfransda Türk Şurasının fövqəladə Zirvə görüşünün Yekun Bəyannaməsində pandemiya dövründə ölkələrimiz arasında daşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyinin qeyd olunduğunu bildirib. Eyni zamanda yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılmasının dövlət və hökumət başçıları tərəfindən zəruri hesab olunduğunu diqqətə çatdırıb.

Hazırda Türk Şurasına üzv ölkələr arasında bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edən nazir həssas dönəmdə səmərəli yükdaşımalarının təşkili, çətinliklərə qarşı birgə effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Nazir Ramin Quluzadə Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sahə üzrə beynəlxalq təcrübəyə əsasən həyata keçirilən işlərdən danışıb: “Ölkənin bütün sərhədləri sərnişindaşımalarına bağlanıb. Xarici ölkələrdə olan 15 mindən artıq vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib. Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930