SON DƏQQƏ

naxcivanxeberleri.com

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi

Milli Məclisin GUAM PA-dakı nümayəndə heyəti müəyyənləşdi
28-04-2020, 23:27

Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinə deputat Elnur Allahverdiyev rəhbərlik edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Report”a E.Allahverdiyev özü məlumat verib.

“Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezident İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daim aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM Parlament Assambleyasının da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq, qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik”, - deyə E.Allahverdiyev bildirib.

GUAM PA-dakı nümayəndə heyətinin üzvləri isə deputatlar – Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930