SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Qırğızıstan XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və Qırğızıstan XİN rəhbərləri arasında telefon danışığı olub
27-04-2020, 19:09

Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşkığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930