SON DƏQQƏ

naxcivanxeberleri.com

KİV: Aİ “Şərq Tərəfdaşlığı” ölkələri üçün vizasız rejimin ləğvi imkanlarını müzakirə edir

KİV: Aİ “Şərq Tərəfdaşlığı” ölkələri üçün vizasız rejimin ləğvi imkanlarını müzakirə edir
22-04-2020, 12:30

Avropa İttifaqı (Aİ) ölkələri “Şərq Tərəfdaşlığı” ölkələrinin üzv olmaq istəkləri ilə bağlı hələ tam razılıq əldə etməyib və bu, artıq reallaşdırılan viza rejiminin liberallaşdırılmasından narahatdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun əldə etdiyi sənəddə deyilir.

Bu 7 səhifəlik sənədi Avropa Şurasını təmsil edən 27 Aİ ölkəsinindiplomatları müzakirə edirlər. Bu, bir növ ötən ay təqdim edilmiş və yaxın günlərdə təsdiqlənəcəyi gözlənilən “Şərq Tərəfdaşlığı” üzrə Avropa Komissiyasının kommünikesinə cavabdır.

Məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsi olan “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb.

Müzakirə olunan sənəddə hələ də bəzi nəticələr mötərizədə əlavə edilmiş şəkildə verilib və bu da hələ mətnlə bağlı yekdillik əldə edilmədiyini göstərir.

Eyni zamanda, Şura üzvləri viza rejiminin liberallaşdırılmasının dayandırılması ehtimalı ilə tam razıdırlar. Hansısa təxirəsalmanın olacağı gözlənilməsə də, sənəddə üzv dövlətlərin “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaşlarından çox sayda əsassız sığınacaq müraciətlərinin alınmasının narahatlıq doğurduğu qeyd olunur.

Qeyd edək ki, bu günə qədər Aİ proqramın altı ölkəsindən üçü - Gürcüstan, Ukrayna və Moldova ilə vizasız rejim haqqında saziş imzalayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930