SON DƏQİQƏ

naxcivanxeberleri.com

Anar Bağırov: "Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa Məhkəməsi ilə kommunikasiya davam edir"

Anar Bağırov:
12-12-2018, 12:53

"Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam edir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Həm Azərbaycan, həm də qarşı tərəfə məlum olduğu kimi bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz Ermənistandır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".

A.Bağırov hesab edir ki, məsələ ilə bağlı müsbət nəticələr olacaq: "Çünki həm dövlətin, həm ictimaiyyətin bu məsələyə böyük diqqəti var. Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir".

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031