SON DƏQQƏ

naxcivanxeberleri.com

Rob Sobhani: Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir

Rob Sobhani: Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir
19-04-2020, 18:22

Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib.

O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir.

Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib.

"Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir", - deyə amerikalı ekspert vurğulayıb.

R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib:

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var".

Bundan əlavə, amerikalı ekspert qeyd edib ki, koronavirusdan sonrakı dövrdə bütün dünyada, o cümlədən Azərbaycanda da iqtisadi fəaliyyətin mərhələli şəkildə bərpasını təmin etmək lazımdır.

"Əminəm ki, Azərbaycan rəhbərliyi karantin rejimindən tədricən çıxmaq və iqtisadi fəaliyyətin tam bərpası üçün effektiv bir plan hazırlayacaq", - deyə R.Sobhani əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930