SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir

Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
17-04-2020, 16:30

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.

Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir. Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:

“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Qanunun 10-cu maddəsinin ikinci hissəsindən ikinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da cinayət məsuliyyətindən azad ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930