SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elçin Quliyev təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb

Elçin Quliyev təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb
9-04-2020, 17:17

2020-ci ilin 7-9 aprel tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930