SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək
3-04-2020, 22:34

Xarici İşlər Nazirliyi (XİN) və onun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” tərəfindən ilk dəfə olaraq aprelin 16-dan 18-dək onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək.

XİN-dən NAXCİVANXEBERLERİ.COM-a  verilən məlumata görə, təlim Azərbaycan Respublikasının 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olub gənclər arasında bu mötəbər qurumla bağlı məlumatlılığın artmasına xidmət edir.

Ölkəmizdə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq, layihə ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və ya hərəkatlarında iştirak edən könüllüləri əhatə edəcək. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada COVID-19 pandemiyasının elan olunduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına müvafiq olaraq layihə “evdə qal” ictimai kampaniyasına dəstək məqsədilə onlayn platformada keçiriləcək.

Layihə çərçivəsində iştirakçılara dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatına üzv dövlətlərin rəsmi nümayəndəsi rolunda çıxış etmək, həmin dövlətləri Hərəkatın ən ali toplantısı olan Dövlət və Hökumət Başçılarının Zirvə görüşünün canlandırılacağı simulyasiyada təmsil etmək imkanı yaradılacaq.

Simulyasiyada iştirak üçün lazım olan hazırlıq və bacarıqlar üzrə təqdimatlar aprelin 13-dən 15-dək onlayn əsasda keçiriləcək seminar zamanı Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara təqdim olunacaq.

Seminar zamanı iştirakçılar Qoşulmama Hərəkatının fəaliyyəti, diplomatik yazışma qaydaları, beynəlxalq danışıqlar və qətnamə layihələrinin mətnlərinin razılaşdırılması təcrübəsi daxil olmaqla bir sıra mövzular üzrə məlumatlandırılacaqlar.

Layihə 18-29 yaş arasında olan, yüksək İngilis dil bilgisinə malik könüllülər üçün nəzərdə tutulub. İştirakla bağlı tələblərə dair ətraflı məlumatlar https://namazerbaijan.org/events keçidi vasitəsilə əldə edilə bilər. Müraciətlərin qəbulu bu ilin 5 aprel tarixinədək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930