SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı

BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı
1-04-2020, 10:46

İnkişaf etməkdə olan ölkələrin koronavirusun (COVİD-19) səbəb olduğu iqtisadi böhranla mübarizə aparması üçün 2,5 trilyon ABŞ dolları dəyərində dəstək paketinə ehtiyac var.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) hesabatında açıqlayıb.

Hesabata görə, analoji ölkələrə 1 trilyon ABŞ dollarlıq likvidlik vermək, 1 trilyon ABŞ dollarlıq borcunu silmək və səhiyyə xidmətinin yaxşılaşdırılması üçün 500 milyard ABŞ dollarlıq yardım paketini özündə birləşdirən "Marshall Planı" hazırlamaq lazımdır.

"G20 liderləri qlobal həmrəylik göstərib, öhdəliklərinə sadiq qalaraq, G20-yə daxil olmayan iqtisadiyyatlarda yaşayan 6 milyard insan üçün mütənasib tədbirlər görməlidir", - UNCTAD direktoru Riçard Kozul-Vrayt açıqlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930