SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi

ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi
1-04-2020, 06:08

Rəsmi Vaşinqton Venesuelada hazırkı prezident Nikolas Maduro tərəfdarlarının iştirakı ilə müvəqqəti hökumətin formalaşdırılmasını dəstəkləyir.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Bu halda diplomat qeyd edib ki, yeni formalaşdırılacaq hökumətdə nə Maduro olmalıdır, nə onun əsas rəqibi - müxalifət lideri Xuan Quaydo.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin başçısı deyib ki, ABŞ-ın planına əsasən, seçkilərə qədər ölkəyə beş nəfərlik şura rəhbərlik etməlidir. Onun üzvləri parlament tərəfindən üçdə iki səs çoxluğu ilə seçilməlidir.

Pompeonun sözlərinə görə, bu, ABŞ Venesuelaya tətbiq etdiyi sanksiyaların ləğvinə gedən yolda ilk addım ola bilər.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930