SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib
31-03-2020, 19:57

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib. Komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan 2 məsələni birinci oxunuşda müzakirə ediblər.

Birinci məsələ - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədi daşıyır.

İkinci məsələ - Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklər isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031