SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xəzər məsələləri üzrə İşçi qrupun Bakıda keçiriləcək ilk iclasinin tarixi məlum olub

Xəzər məsələləri üzrə İşçi qrupun Bakıda keçiriləcək ilk iclasinin tarixi məlum olub
8-02-2019, 11:25 170 dəfə baxılıb

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası fevralın 19-20-də Bakıda keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib: "Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

Azərbaycan tərəfi 2019-cu ilin favralın 19-20-də Bakı şəhərində adıçəkilən İşçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur".

İclasda Azərbaycanı Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728