SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq
6-03-2020, 12:00

Bu il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək.

Bildirilib ki, ötən gün Bakıda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında keçirilən görüşdə üçtərəfi hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub və bu formatın önəmi vurğulanıb.

Qeyd edək ki, üç ölkənin müdafiə nazirlərinin sonuncu üçtərəfli görüşü 2019-cu ilin iyununda Qəbələdə keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031