SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvanla bağlı çıxışı Türkiyə mediasında

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvanla bağlı çıxışı Türkiyə mediasında
27-02-2020, 18:28

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də igdir15temmuzgazetesi.com və serhatbirikim.com.tr xəbər portallarında jurnalist Sara Əzimovanın “Naxçıvanlılara böyük müjdə “Dildə, fikirdə, əməldə birlik”” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və bu səfər çərçivəsində Naxçıvanla bağlı verilən mühüm qərarlar Naxçıvan mediasının da gündəmindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli “Naxçıvan üçün tarixi addım: Yeni qaz və tranzit dəmir yolu xətləri” adlı yazısında bildirir ki, 25 fevral 2020-ci il Naxçıvan üçün tarixi və çox əlamətdar bir gün kimi yaddaşlara yazıldı. Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin və Qars-Naxçıvan qaz xəttinin çəkilişi ilə bağlı qərarlar deməyə əsas verir ki, bizi qarşıda daha güclü və modern Naxçıvan gözləyir.

Məqalədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyevin açıqlamalarına da yer verilib. O qeyd edir ki, bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və muxtar respublikanı bölgənin mühüm bir tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Həmçinin bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031