SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çili ilə əməkdaşlıq müzakirə olunub

Çili ilə əməkdaşlıq müzakirə olunub
27-02-2020, 17:51

Xarici İşlər naziri Elmar Məmmədyarov Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xaranı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Çilinin Azərbaycanda fəaliyyət göstərən ilk diplomatı olmasından fəxr etdiyini bildirən Q.Xara diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar. Bu xüsusda, tərəflər iqtisadi, kənd təsərrüfatı və innovasiyalar sahəsində layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov çilili diplomatı münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031