SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda İƏT-in Gənclər və İdman nazirlərinin daimi Şurasının iclası keçirilib

Bakıda İƏT-in Gənclər və İdman nazirlərinin daimi Şurasının iclası keçirilib
27-02-2020, 17:29

Fevralın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman nazirlərinin daimi Şurasının (PMC) iclası baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini bildirib.

Nazir qeyd edib ki, bir neçə gün sonra Səudiyyə Ərəbistanı Krallığında İslam dünyası könüllülərinin gənclər forumu keçiriləcək: "Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya və beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmində olan təmannasız yaxşılıq etmək kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. Birinci Avropa Oyunları və Dördüncü İslam Həmrəyliyi Oyunlarına ümumilikdə 25 mindən çox könüllü qatılmışdı. 2016-cı ildən bu günə qədər hər il keçirilən Formula 1 yarışına isə 3500-dən çox könüllü qatılır".

A.Rəhimov iclasının əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsi olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin daimi Şurasının iclası çıxışlarla davam edib.

Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Krallığı, Fələstin, İraq, İran və Seneqalın Gənclər və İdman nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunurlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031