SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”
26-02-2020, 17:09

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdır. Suriyada rejim qüvvələrinin müşahidə nöqtələrimizin gerisinə çəkilmələri üçün verdiyimiz müddət fevralın sonunda bitir”.

NAXCİVANXEBERLERİ.COM “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.

“Suriyada ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. Yaxın zamanda bunun da çarəsini tapacağıq. Diplomatik kanallardan da istifadə edirik. Rejimi mütləq müəyyənləşdirdiyimiz hüdudlara geri çəkilməyə məcbur edəcəyik, Türkiyə olaraq bu məsələdə qərarlıyıq. İdlibdə geri addım atmayacağıq. Biz bu coğrafiyanın qonağı deyil, sahibiyik. Buna görə də geri addım atmayacağıq”, - R.T.Ərdoğan söyləyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31