SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”

Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”
25-02-2020, 18:14

“Biz Azərbaycanın uğurları ilə iftixar edirik”.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, 20 il əvvəlki Azərbaycanla bu günkü Azərbaycanın arasında böyük fərq var: “Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu gün inkişaf edən bir Azərbaycan var. Enerjidən kənar sahələrinin 3 faiz böyüməsi, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyil. Azərbaycanın bu sahədə inkişafı davam etdirəcəyinə inanıram”.

R. T. Ərdoğan qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında 14 sənəd imzalanıb: “Bunlardan ən önəmlisi tərcihli (preferensial) ticarətdir. Xüsusən Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir. İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək. 160 kilometrlik qaz xəttinin çəkilişi ilə Naxçıvanın qaz təminatı yüksək səviyyədə təmin olunacaq. Bu layihələr sürətlə həyata keçiriləcək”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930