SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
24-02-2020, 16:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana gələcək.

NAXCİVANXEBERLERİ.COM Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Belə ki, iki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930