SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “Partners and Business” sərgisi açıldı

Bakıda “Partners and Business” sərgisi açıldı
20-02-2020, 11:11

Bu gün Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərginin təşkilatçıları İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), “Kapital Bank” ASC və “Marsol” MMC-dir.

Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir, məhsul və xidmətlərini təqdim edir.

Tədbiri giriş sözü ilə KOBİA-nın nümayəndəsi rəsmisi Nadir Adilov açıb. O, bildirib ki, sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Daha sonra ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxış edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930