SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər

Rusiya və Türkiyə diplomatları və hərbçiləri Moskvada İdlibdəki vəziyyəti müzakirə edəcəklər
17-02-2020, 13:30

Fevralın 17-də Rusiyalı həmkarları ilə Suriyanın İdlib əyalətində pisləşən vəziyyəti müzakirə etmək üçün Türkiyəli diplomat və hərbçilərdən ibarət nümayəndə heyəti Moskvaya gələcək. Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlunun sözlərinə görə, səfər zamanı Prezidentlər Vladimir Putin və Tayyib Ərdoğan arasında yeni görüşün keçirilməsinin vacibliyi məsələsinin qaldırılması planlaşdırılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatina görə, 8 və 10 fevral tarixlərində Ankarada iki ölkənin rəsmiləri arasında danışıqların iki mərhələsi keçib.

Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Sergey Verşinin və Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin ölkələrinin rəhbərlik etdikləri nümayəndə heyəti Türkiyənin Xarici İşlər Nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələr, həmçinin Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ilə söhbət aparıb. Görüş zamanı əsasən İdlib zonasındakı vəziyyət müzakirə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031